Kraliça II Elizabet koronavirusa yoluxub
Böyük Britaniyanın Kraliçası II Elizabet koronavirusa yoluxub.
Bu barədə “Sky News” televiziya kanalına Bukinqem sarayından bildirilib.
Kraliçada soyuqdəyməyə bənzər yüngül simptomlar müşahidə olunur.
Bundan əvvəl onun oğlu Şahzadə Çarlzda da infeksiyaya yoluxma təsdiqlənib. “The Sun” qəzeti onun II Elizabet ilə təmasda olduğunu yazıb.