Makron, Putin və Zelenski telefonla danışıblar

Makron, Putin və Zelenski telefonla danışıblar

Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə “BFMTV” telekanalının jurnalistləri Yelisey sarayına istinadən bildiriblər.

Onların verdiyi məlumata əsasən, E.Makron V.Putinlə bir saat qırx beş dəqiqə danışıb. Qeyd olunub ki, dövlət başçıları “Ukraynada böyük münaqişənin qarşısını almaq üçün mümkün və zəruri səyləri” müzakirə ediblər

Fransa prezidentinin V.Zelenski ilə söhbət yarım saat davam edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir