Dövlət Turizm Agentliyi və TİKA turizm layihəsinə start verdi

Dövlət Turizm Agentliyi və TİKA turizm layihəsinə start verdi

“İNFONEWS” xəbr verir.

Fevralın 21-də Dövlət Turizm Agentliyi (DTA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində Azərbaycanın müxtəlif regionlardan seçilən turizm işçilərinin cəlb ediləcəyi Türkiyənin Antalya şəhərində təşkil olunacaq turizm üzrə təlim proqramının təqdimat tədbiri keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iki ölkə arasında son 30 ildə turizm sahəsində bir çox uğurlu işlərin həyata keçirildiyini vurğulayaraq bu layihənin də turizm sahəsində əlaqələrin genişləndirilməsinə və təcrübə mübadiləsinin artırılmasına töhfə verəcəyini qeyd edib. O, DTA ilə birlikdə gələcəkdə bu formatlı proqramların təşkilində maraqlı olduqlarını bildirib.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu cür layihələrin iki ölkənin turizm təhsili sahəsində yeni təcrübələrin əldə olunmasına, öyrənilən biliklərin yerli turizm sənayesində fəaliyyət göstərən fərdlərin peşəkarlaşmasına dəstək olacağını, Türkiyənin turizm sahəsində malik olduğu zəngin təcrübədən ölkəmizin də faydalanmaq istədiyini deyib.

Qeyd edək ki, iştirakçılar Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Qarabağ iqtisadi rayonlarından olan hotellərdən qeydiyyat, qida və içki, təmizlik xidməti, kulinariya, insan resursları, inzibati işlər üzrə turizm xidmətləri sahəsində fəaliyyət göstərən işçilər, eləcə də turizm peşə təlimi sahəsində fəaliyyət göstərən qurumlarda çalışan və tədris edən təlimçi və mütəxəssislər arasından seçilib.

Layihə iki mərhələdən olmaqla “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə ilk olaraq fevralın 21-dən 25-dək Bakıda, daha sonra isə “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramı ilə martın 14-dən 25-dək Antalyada keçiriləcək.

İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin ikinci mərhələsi üçün seçilərək Türkiyə Milli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi tərəfindən təşkil olunacaq ikinci praktiki mərhələyə cəlb olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir