İstehlaka yararsız qida məhsulları məhv edilib
“İNFONEWS” xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 72 adda 8,984.02 kiloqram müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.