Nazir nağd puldan istifadənin azalma səbəbini AÇIQLADI
“İNFONEWS” xəbər verir.
Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2017-ci ildəki 60,1 faizdən 2021-ci ildə 45,8 faizə enib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
Nazir bildirib ki, nağd puldan istifadənin azalması “kölgə” iqtisadiyyatının miqyasının azalmasını ifadə edən mühüm göstəricidir.