Azərbaycanda son sutkada 1038 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 1038 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 775432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737710 nəfər müalicə olunaraq sağalıb, 9261 nəfər vəfat edib, aktiv xəstə sayı 28461 nəfərdir.

Ölkədə son sutka ərzində 5683, hazırkı dövrədək isə 6491040 test aparılıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir