Ərdoğdan: Rusiyanın qərarı qəbuledilməzdir
Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasını qəbuledilməz sayırıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqo Demokratik Respublikasından Seneqala gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırdığını qeyd edib.
“Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik”, – deyə o bildirib.