Azərbaycanda son sutkada COVID-19-a 2372 yoluxma aşkaranıb

Azərbaycanda son sutkada COVID-19-a 2372 yoluxma aşkaranıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4616 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 777804 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 742326 nəfər müalicə olunaraq sağalıb, 9280 nəfər vəfat edib, aktiv xəstə sayı 26198 nəfərdir.

Ölkədə son sutka ərzində 10318, hazırkı dövrədək isə 6501358 test aparılıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir