“Biz güclüyük, biz qalib gələcəyik”- Zelenskinin xalqa MÜRACİƏTİ
“İNFONEWS” xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenksi Donbasda hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə xalqa müraciət edib.
O təcili müraciətində bildirib ki, ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektoru işlək vəziyyətdədir.
Ukrayna Prezidenti insanları təşvişə düşməməyə çağırıb.
Volodimir Zelenski həmçinin son hadisələrlə əlaqədar ABŞ Prezidenti Co Baydenlə də telefon danışığı apardığını bəyan edib.
“Biz güclüyük, biz qalib gələcəyik”, – deyə Volodimir Zelenski vurğulayıb.