Ukrayna Türkiyədən ona dəstək verməklə bağlı ÇAĞIRIŞ EDİB
“İNFONEWS” xəbər verir.
Ukraynanın Türkiyədəki səfirliyi bu gün rəsmi Ankaraya çətin zamanda ona dəstək verməklə bağlı çağırış edib.
Məlumatda deyilir:
“Rusiya Federasiyası Ukraynaya qarşı müharibə elan etdi. Dinc Ukrayna şəhərlərini bombalayırlar. Biz strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq”, – deyə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.