“Müharibəni dərhal dayandırın!” – Aİ-dən Putinə ÇAĞIRIŞ
“İNFONEWS” xəbər verir.
Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Rusiya prezidenti Vladimir Putini “bu müharibəni dərhal dayandırmağa” çağırıb.
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel sosial media mesajında Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını və Ukrayna ilə həmrəylik mesajı verdiyini açıqlayıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsini qətiyyətlə pislədiyini təkrarlayan Mişel bu gün həm Aİ Liderlər Sammitinin keçiriləcəyini, həm də G7 liderlərinin görüşəcəyini bildirib.
Bu görüşlərdə Rusiyanın qeyri-qanuni hərəkətlərinə qarşı yeni addımların müzakirə ediləcəyini bildirən Mişel, “Rusiya prezidenti Vladimir Putini bu müharibəni dərhal dayandırmağa çağırıram” deyib.
Qeyd edək ki, Putin bu səhər Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb. (unikal)