Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 25 fevral

Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 25 fevral

“İNFONEWS” xəbər verir.

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1210 yoluxma faktı qeydə alınıb, 3851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 782 min 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 757 min 892 nəfər müalicə olunaraq sağalıb, 9358 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 498 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8978, bu günə qədər isə ümumilikdə 6 milyon 531 min 133 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir