Omanlı tələbələr Azərbaycanlı bəstəkarların əsərlərindən DANIŞDI
Bir neçə həftə öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova “İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı olmuşdur. Geniş oxucu-izləyixi auditoriyasına böyük fəxarət hissi ilə Dr. Vüsalə xanımın “Musiqi və Musiqi elmləri Departamenti”ndə Fortepiano şöbəsinin müdiri vəzifəsində çalışdığı Oman Sultanlığının paytaxtı Maskat şəhərinin Sultan Qaboos Universitetinində, məhz bu vətənpərvər soydaşımızın sayəsində universitetin tədris proqramına Azərbaycan bəstəkarlarının əsərlərini əlavə edilməsindən bəhs etmişdik.Bəstəkarlarımızın əsərlərinin Dr. Vüsalə Yusifin omanlı tələbələri, eləcə də universitetin akademik heyətı tərəfindən böyük rəğbətlə qarşılanmasını eşidəndə çox sevindik.
Dr. Vüsalə Yusifin təşəbbüsü və yardım ilə omanlı tələbələrə verilən sualların cavablandırılmasını, zəngin Azərbaycan musiqisi, Milli muğamımız, dahi bəstəkarlarımızın əsrarəngiz yaradıcılığı barədə fikirlərini təqdim edirik.
- Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərini ilk dəfə idi ifa edirdiniz. Nə hiss etdiniz? Əsərin ifa üslubuna necə yanaşdınız, çətinliklərlə üzləşdinizmi?
Tasnim Al Shujaibi: – Bəli, bu, mənim Azərbaycan musiqisi ilə ilk tanışlığım idi ki, əsərin ifası zamanı yeni üslübları gördüm və çətinlik çəkdiyim hissəsləri müəlliməm Dr.Vüsalə Yusif təmkinlə, peşəkarlıqla mənə izah edib, öyrətdi. Və bu, öz əksini imtahandan qazandığım yüksək nəticədə göstərdi. Xüsusilə, vurğulamalıyam ki, gerçəkdən də, Fikrət Əmirov dahi bəstəkardır. Dr. Vüsalə müəllimə artıq məni Qara Qarayevin yaradıcılığı ilə tanışlığa dəvət edib. Qısa zaman ərzində digər Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət edəcəyik.
- Siz də Fikrət Əmirovun əsərini ifa etmisiniz. Bundan əvvəl Azərbaycan klassik musiqisi, bəstəkarları, həmçinin Milli Azərbaycan muğamı barədə məlumatınız var idimi?
Fatma Al Sinan: – Xeyr, mənim üçün ilk idi, amma mən Azərbaycan musiqisini zövqümcə olduğunu hiss elədim və asanlıqla, çox zaman keçmədən Fikret Əmirovun “Ballada”sını öyrəndim. Əlbəttə, sevimli müəlliməm Dr. Vüsalə Yusifin tövsiyələrinə ciddi əməl etdim.
- Növbəti imtahan sessiyalarında yenidən Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edəcəksinizmi?
Maha Al Balushi: – Bəli, mütləq Azərbaycan bəstəkarlarınnı yaradıcılığının yaxından tanışlığıma davam edəcəyəm. Çünki Azərbaycan musiqisinin dərin köklərə malikdir ki, hər dəfəsində daha da yaxından özünə cəlb edir. Qeyd etmək istərdim ki, mən Fikrət Əmirovun 4 əsərini ifa etmişəm. Dərs zamanı, yaxud məşqlərdə bu musiqini eşidənlərin böyük marağına səbəb olub ki, hətta təkrar dinləmək istəyiblər. fikrət Əmirov dahi bəstəkardır.