“Adsız qadın” tamaşası İstanbul səhnəsində. XOCALI – 30
“İNFONEWS” xəbər verir.
Fevralın 26-da İstanbulda “Adsız qadın” tamaşasının nümayişi olub. Tamaşa Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Türkiyədə keçirilən silsilə tədbirlər çərçivəsində ərsəyə gəlib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Istanbulun Ümraniye Bələdiyyəsinin dəstəyi, Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə səhnələşdirilən əsər dünyada müharibə və terrordan əziyyət çəkən bütün qadınlara həsr olunub.
Aygün Həsənoğlunun ssenarisi əsasında hazırlanan tamaşanın rejissoru Elçin İmanov, musiqi tərtibatçısı və işıq yönətməni Abdulhalim Aytaç, koordinatoru Yunus Soyupek, bədii rəssamı Tarıyel Əlizadə, səhnə tərtibatçısı isə Lətafət Refikqızıdır.
Rollarda Kamalə Kamal, İlknur Torunoğlu, Römen Hüseynov və Fuad Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edənlər otuz il əvvəl ermənilər tərəfindən Xocalıda törədilən soyqırımıdan danışaraq bu qanlı cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb ediblər.
Sonra tamaşa oynanıb.
Tədbir əsnasında Ümraniye Bələdiyyəsinin binasında Xocalı soyqırımını özündə əks etdirən fotolardan ibarət sərgi açılıb.