Gürcüstanın 50-yə yaxın KİV-i “Xocalıya ədalət!” DEDİ
“İNFONEWS” xəbər verir.
Gürcüstanın əsas aparıcı informasiya portalları və televiziya kanalları “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulub.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq kampaniya çərçivəsində Gürcüstanın 45 aparıcı media saytında “Xocalıya ədalət!” (justice for khojaly) banerləri yerləşdirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü əsasında yerləşdirilən banerlərdən birbaşa www.justiceforkhojaly.org saytına keçid yüklənib.