“Kənddən Şəhərə” həftəsonu yarmarkası faliyyətə başlayır
“İNFONEWS” xəbər verir.
Bakıda kənd məhsullarından ibarət “Kənddən Şəhərə” həftəsonu yarmarkası start verəcək.
Yarmarka şəhərin Nərimanov və Binəqədi rayonlarında, həmçinin Abşeron rayonunun Xırdalan şəhərində keçiriləcək. Yarmarkada Azərbaycanın müxtəlif bölgələrindən əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer müxtəlif məhsulların satışını həyata keçirəcək. Satış məntəqələri saat 08:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək.
“Kənddən Şəhərə” yarmarkası karantin rejiminin tələbləri əməl olunmaqla baş tutacaq.
Yarmarka aşağıdakı ünvanlarda təşkil olunacaq:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A