Rusiya vətəndaşlığı olan Jerar Depardye ilk dəfə mövqeyini AÇIQLAYIB

Rusiya vətəndaşlığı olan Jerar Depardye ilk dəfə mövqeyini AÇIQLAYIB

“İNFONEWS” xəbər verir.

2013-cü ildə Rusiya vətəndaşlığını qəbul etmiş fransalı aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

Aktyor bu barədə “France-Presse” agentliyinə açıqlamasında bildirib.

“Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın”, – deyə Jerar Depardye bildirib.

Qeyd edək ki, aktyor Fransanın keçmiş Prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir