Sabunçu qəsəbəsində əxlaqsızlıq yuvası olan kafe AŞKARLANDI

Sabunçu qəsəbəsində əxlaqsızlıq yuvası olan kafe AŞKARLANDI

“İNFONEWS” xəbər verir.

Sosial şəbəkələrdə Sabunçu Dəmiryol Vağzalının yaxınlığında kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyinə dair məlumatlar paylaşılıb. Daxili İşlər Nazirliyi məsələyə dərhal reaksiya verərək aidiyyəti üzrə araşdırma aparıb.

Polis tərəfindən Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamağa görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb.

İstintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir