Sanskrit dilinin öyrənilməsi filoloqlar üçün vacibdir – AKADEMİK
“İNFONEWS” xəbər verir.
Sanskrit dilinin öyrənilməsi filoloqlar üçün vacibdir. Eyni zamanda, sanskrit dili qədim mədəniyyətlərin araşdırılıb örənilməsində də əhəmiyyətlidir.
Bunu akademik Kamal Abdulla Azərbaycan Dillər Universitetində sanskrit dilinin tədrisinə başlanılması ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, ümumiyyətlə klassik latın və sanskrit dillərinin öyrənilməsi müasir dillərin (alman, ingilis, fransız) öyrənilməsinə, bu dillərin daha yaxşı mənimsənilməsinə öz töhfəsini verəcək.