Yenilənmiş xidmətlər, peşəkar komanda və “SAKURA” MARAFONU

Yenilənmiş xidmətlər, peşəkar komanda və “SAKURA” MARAFONU

“İNFONEWS” təqdim edir.

“Yenilənmiş xidmətlər və yeni peşəkar komanda ilə təmirdən sonra fəaliyyətimizə start verdik”

Bunu uzun illər xanım gözəlliyi, zərifliyi, baxımlılığı xidməti sahəsində çalışan “Zümra” qadın gözəllik salonun direktoru Nuranə Həsənova söyləyib.

“Pandemiya, eləcə də 44 günlük Vətən müharibəsi bütün sahələrdə olduğu kimi bizim də fəaliyyətimizdə öz əksini tapdı. Uzun müddət xalqla bərabər eynimiz açılmadı, ətrafımızda baş verənlər nə mənim, nə də ustalarımızın ailələrindən, doğmalarından, əzizlərindən kənar keçmədi. Lakin toparlandıq. Və artıq tam heyətlə, müasir dövrün tələblərinə cavab verən ən yeni texnikalarla, yenilənmiş xidmətlərlə xanımları salonumuzda gözləyirik” – deyə, Nuranə Həsənova əlavə edib.

“Zümra” gözəllik salonunda xanımların baxımlılığı üçün bütün prosedurlar təklif edilir:

Saça qulluq – saçlar üçün sağlamlıq prosedurları, saç kəsimi, rənglənməsi, keratinlə saçların düzləşdirilməsi, ambre, balyaj, ziyafət, nişan, xına, toy və s.saç modelləri, düzümləri;

Üzə qulluq – kasmetoloq məsləhətləri, gündəlik və müxtəlif mərasimlər üçün makyajlar;

Dəriyə qulluq – gözəllik sağlam, parlaq, hamar dəridən başlayır, bu səbəbdən ən müasir prosedurlar; tüklərin alınması; lazer epilyasiyası;

Dırnaqlara qulluq – sadə, klassik manikür-pedikür, biogel, dırnaq qaynağı, şellak, aparat üsulu manikür-pedikür;

Mikrobleydinq, kiprik qaynağı, laminasiya, artıq çəki və çəkiazlığının aradan qaldırılması, sağlam qidalanma, aerobika, fitnes;

“Mən özüm də çalışdığım üçün işləyən xanımların əksəriyyətinin özünə vaxt ayırmadıqlarını yaxşı bilirəm. Məhz yeniliklərimizdən biri də işləyən, işgüzar xanımların sağlam, zərif, incə, baxımlı olması üçün nəzərdə tutulan “SAKURA” Marafonunun təşkilidir. Marafon peşəkarlar tərəfindən keçiriləcəkdir. Bu barədə çox danışmaq istəmirəm. Amma əminliklə deyə bilərəm ki, Marafona qatılanları maraqlı, əyləncəli, yerli və xarici ölkələrə səyahətli, ən aktual treninqli, dadlı, ən əsası isə sağlam həyat tərzini gündəlik normaya keçirəcək 30 günlük proqram gözləyir” – deyə, Nuranə xanım bir daha xanımları marafona dəvət edib.

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, General Səməd bəy Mehmandarov küçəsi, 11-17
(+994) 012 425 57 97

“SAKURA” Marafonuna qatılmaq istəyənlər üçün tezliklə əlzvə məlumatlar veriləcəkdir.

  “İNFONEWS” komandası olaraq, başda Nuranə xanım olmaqla, bütün “Zümra”nın peşəkar heyətinə uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir