İNFONEWS xəbər verir ki, Rusiyalı sülhməramlılar Dağlıq Qarabağda 19 minə yaxın partlayıcını zərərsizləşdirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xankəndi şəhərinin ətrafının minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlılar “Uran-6” müasir kompleksindən istifadə edirlər.
“23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yol, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış hərbi sursatlardan təmizləyib”, – deyə Rusiya MN bəyan edib.
Məlumatda qeyd olunub ki, aşkarlanan partlayıcılar xüsusi poliqonda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilir.