Ağlı-qaralı, al-əlvan Dünyamız gözəldir – GÖRMƏNİZİ QORUYUN!

Ağlı-qaralı, al-əlvan Dünyamız gözəldir – GÖRMƏNİZİ QORUYUN!

6 Mart – Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür. Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

“Göz təzyiqi” və ya “Qara su” kimi adlandırılan Qlaukoma xəstəliyi göz tezyiqinin yüksəlməsi səbəbi ilə görmə sinirinin zədılənməsidir. Statistikaya görə, dünyada hal-hazırda 80-90 milyon Qlaukoma xəstəsi var. Bu xəstələrin böyük əksəriyəti 40-50 yaş üzəri insanlar olsa da, onların sırasında artıq gənclər və uşaqlar da yer alıb. Qlaukoma nəticəsində görməsini itirmiş gözün yenidən görməsini bərpa etmək, təəssüf ki, mümkün olmur. Buna görə də korluğa səbəb olan xəstəliklərin önündə gələn Qlaukomaya erkən qoyulan diaqnoz mövcud görmənin qorunub saxlanması və zədələnməmiş sinir liflərinin yaşaması üçün çox önəmlidir. Bir sözlə, erkən diaqnoz insanı kor olmaqdan xilas edər. Müalicəsi mümkün olan xəstələrin korluğunu dərmanlarla və ya əməliyyatla əngəlləmək olar.

Bunu “İNFONEWS” -un müsahibi, respublikanın aparıcı tibb müəssisələri sırasında yer almış “Stimul Hospital” xəstəxanasının oftalmoloq-həkimi Lalə Mikiyeva söyləyib.

“Qlaukoma ilə mübarizə üçün bütün insanlar profilaktik olaraq, xüsusən də, görmə qabiliyyətinin tədricən zəifləməsi, bulanıq görmə, görmə sahəsinin daralması, parlaq, əlvan işıq halqalar görmə, gözlərdə, göz qapaqlarında ağırlıq hissi kimi şikayətləri olan insanlar mütləq oftalmoloqa müraciət etməlidirlər.” -deyə Lalə Mikiyeva əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir