İnternet-media məkanında yeni portal – “Agdamtv.info”

İnternet-media məkanında yeni portal – “Agdamtv.info”

“İNFONEWS” xəbər verir.

Bu günlərdə Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal istifadəyə verilib.

“Agdamtv.info” portalı ölkə mətbuatının bir parçası kimi, özündə Qarabağa, Ağdama aid ən son yenilikləri ehtiva edir.

Oxucular “Agdamtv.info” portalında ölkəmizdə baş verən hadisələr, maarifləndirici məqalələr, eləcə də gündəmin əsas mövzuları ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda Ağdamda gedən yenidən qurma işləri də yer alacaq.

Həmçinin şəhid və qazilərimiz haqqında məlumatlara geniş yer veriləcək: dünya mediasında Qarabağla bağlı dərc olunan məlumatlar saytda əksini tapacaq.

“Agdamtv.info”da, həmçinin Ağdamın və Qarabağın ən tanınmış şəxsləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar yer alacaq.

Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir