Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb
Azərbaycanda müdafiə və milli təhlükəsizlik istiqamətində xərclərin məbləği açıqlanıb.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub ki, ötən il müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqnozlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541. 6 milyon manat icra olunub.
Müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan 99.2 faizi müvafiq istiqamətdə xərclənib. Bu, 2020-ci illə müqayisədə 786.5 milyon manat, yaxud 20.9 faiz çoxdur.