Hökumətdən sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı açıqlama
Hökumət sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsinə aydınlıq gətirib.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.
Bildirilib ki, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş yaşayış evlərinin və onların altında yerləşən qanuni əsaslar olmadan istifadə edilən torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə həmin əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınacaq.