Direktor təyinatı üçün Təhsil şöbəsinin müdirinə 17 min rüşvət verdim

Direktor təyinatı üçün Təhsil şöbəsinin müdirinə 17 min rüşvət verdim

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə məktəb direktorları ifadə verib.

Direktorlar sabiq icra başçısına rüşvət vermədiklərini bildiriblər.

Şahidlərdən iki nəfər Rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya təyinat üçün 15 min və 17 min manat rüşvət verdiklərini bildiriblər. Proses martın 18-də davam etdiriləcək.

Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir