Azərbaycanda son sutkada 225 nəfər COVID-19-a yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778543 nəfər müalicə olunaraq sağalıb, 9589 nəfər vəfat edib, aktiv xəstə sayı 2246 nəfərdir.
Ölkədə son sutka ərzində 5161, hazırkı dövrədək isə 6622919 test aparılıb.