Bu gün xalqımız İlaxır çərşənbə – Torpaq çərşənbəsini qeyd edir
“İNFONEWS”təbrik edir.
Bu gün Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə – Torpaq çərşənbəsidir.
Torpaq çərşənbəsi torpağın oyanması, dirilməsi, canlanmasıdır.
İlaxır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
Xalqın bu günlə bağlı çox gözəl deyimləri var:
Torpağın bərəkətli olsun!
Torpaq kimi bar-bəhrəli olasan!
Torpağından təzə-təzə nübarlar dadasan!
Torpağın rahat olsun!
və yaxud
Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
Torpağa var versən, o da sənə bar verər.
Sular hərəkətlidir, torpaq bərəkətli.
Torpağı ovuclayan – qızıl ovuclar.
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
Torpaqla oynayan ac qalmaz.
Torpaqdan pay olmaz.
Bir sözlə, suyunuz axar, ocağınız isti, odunuz yanar, torpağınız bərəkətli olsun! İlaxır çərşənbəniz mübarək olsun!