GAACC -dan ixracatçılar üçün TƏKLİF

GAACC -dan ixracatçılar üçün TƏKLİF

“İNFONEWS” “Karvannews.com” -a istinadən xəbər verir.

“Rusiya-Ukrayna konfiliktinə görə, meyvə-tərəvəz ixracatçılarımız bir sıra problemlər yaşayır”

Bu sözləri Gürcüstan-Asiya-Afrika ölkələrinin birgə Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin sədri Rəna Qəfərova bildirib.

“Mövcud durum səbəbindən başqa bazarları araşdırmaq məcburiyyətindəyik. Ticarət Palatası olaraq əsas məqsədimiz Azərbaycan məhsullarının digər ölkələrdə tanıdılması və ixracına dəstək olunmasıdır. Bu istiqamətdə çalışan ixracatçılar, istehsalatçılar bizə müraciət edə bilər.
Azərbaycan kənd təsərrüfatı məhsulları daha çox Rusiya və Ukraynaya ixrac olunurdu. Hazırkı durum, iki ölkə arasında yaranmış gərginlik meyvə-tərəvəz ixracatçılarımıza böyük problemlər yaradır.
Lakin Ərəb ölkələrində mövcud vəziyyətin ciddi təsiri hiss edilmədiyinə görə, çalışırıq bu istiqamətdə işimizi genişləndirək və ixracatçılara dəstək olaq. Çətinlik və sıxıntı yaşayan sahibkarlar palataya müraciət edə bilər” – deyə, Rəna Qəfərova əlavə edib.

Bu məsələlərlə bağlı maraqlanırsınızsa aşağıdakı nömrə və email ünvanı ilə əlaqə saxlaya bilərsiniz: 

055-252-05-50

[email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir