UNEC -də “Elm Festivalı” silsilə tədbirlərlə davam edir
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) “İNFONEWS” -a verilən məlumata görə, 1-28 mart 2022-ci il tarixlərində universitetdə təşkil olunan “Elm festivalı” çərçivəsində UNEC Tədqiqat Mərkəzləri tərəfindən Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş içtimai müzakirələr keçiriləcək. Onlayn formatda keçirilən müzakirələrdə Kompozit materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev tərəfindən kimya, Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri prof. Şahlar Əsgərov tərəfindən fizika, İnkişaf iqtisadiyyatı Tədqiqat Mərkəzinin tədqiqatçısı prof. Yadulla Həsənli tərəfindən iqtisadiyyat, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri Ph.D Sevda Məmmədova tərəfindən tibb üzrə Nobel mükafatçılarının elmi fəaliyyətləri haqqında icmal mühazirələr təqdim olunacaqdır.
Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri prof. Məhəbbət Paşayeva tərəfindən ədəbiyyat üzrə Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş mühazirənin təqdimatı 17 mart 2022-ci il tarixində saat 11.00-da UNEC-in əsas tədris binasının Ağ zalında baş tutacaq. Tədbir çərçivəsində multikulturalizmə həsr olunmuş Rəsm Sərgisi təşkil olunacaq.
Onlayn keçiriləcək tədbirlərə ZOOM platforması üzərindən aşağıda qeyd olunan linklərə keçid etməklə qoşula bilərsiniz: Kompozit materiallar Elmi-Tədqiqat Mərkəzi – https://zoom.us/j/99252998917 (16.03.2022/10.00-12.00) Ekonofizika Tədqiqat Mərkəzi – https://zoom.us/j/93189937843 (16.03.2022/15.00-17.00) İnkişaf iqtisadiyyatı Tədqiqat Mərkəzi – https://zoom.us/j/95326811457 (16.03.2022/10.00-12.00) Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi – https://zoom.us/j/92702689468 (16.03.2022/15.00-17.00)
UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbir youtube üzərindən canlı yayımlanacaq.