“Ukrayna tezliklə NATO-ya üzv olmayacaq” – Boris Conson
“İNFONEWS” xəbər verir.
Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın NATO-ya üzv olmasının tezliklə olmayacağını açıqlayıb.
Əbu-Dabiyə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran baş nazir , Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu mövzunu yenidən müzakirə etdiklərini və NATO ilə bağlı mövcud vəziyyəti aydınlaşdırdıqlarını bildirib.