ABŞ Ukraynaya hərbi yardım üçün əlavə 800 milyon dollar ayırıb
“İNFONEWS” xəbər verir.
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıb.
Xarici KİV-lərin məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.
Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir.