Məşhur fransalı aktyor İstanbulda balıqçı gəmisində yaşayacaq
“İNFONEWS” xəbər verir.
2013-cü ildə Rusiya vətəndaşlığını qəbul etmiş fransalı aktyor Jerar Depardye bundan sonra vaxtının böyük hissəsini İstanbul və Dubayda keçirmək niyyətində olduğunu bildirib.
73 yaşlı məşhur aktyor iki böyük balıqçı gəmisi aldığını, bunlardan birinin Dubayda, digərinin isə İstanbulda olduğunu bildirib.
Jerar Depardye artıq ömrünün böyük hissəsini mənzilə çevirdiyi bu gəmilərdə yaşayacağını deyib. Film çəkilişləri üçün Fransaya gedəcəyini, lakin doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən aktyor Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını bildirib.
O, bundan sonra daha sakit ömür sürmək istədiyini deyib.
(AZƏRTAC)