Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim edilib
“İNFONEWS“ xəbər verir.
Martın 18-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Olimpiya və Paralimpiya çempionları, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən nazir Fərid Qayıbov yeni loqonun 100-dək variant arasından seçildiyini vurğulayıb.
Yeni loqonun təqdim edən “Paradox” şirkətinin dizayn rəhbəri Şamil Ramazanov nazirliyin 20 ildir istifadə edilən əvvəlki loqosunun müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.