Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət

Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

Bunu “İNFONEWS”-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

“Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur”.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir