Çaylarda gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə qarölçmə işləri davam etdirilir

Çaylarda gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə qarölçmə işləri davam etdirilir

Respublika çaylarında gözlənilən yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə qarölçmə işləri davam etdirilir.

Bunu “İNFONEWS”-a açıqlamasında Milli Hidrometeoroligiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, “Respublika çaylarında gözlənilən yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük Qafqazın dağlıq ərazilərində qarölçmə işlərimiz davam edir. Onu da qeyd edim ki,mart ayının 9-dan başlayaraq bu günə kimi fasilələrlə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır. Fasilələrlə qar yağır,dağlıq ərazilərdə duman müşahidə olunur. Hazırda biz, Qəbələ rayonu ərazisindən axan Bum çayın hövzəsində qarölçmə işlərimizi davam etdiririk. Bu ərazidə hazırda duman müşahidə olunur, eyni zamanda qar yağır. Hazırda qarın hündürlüyü 40 santimetr təşkil edir. Bəzi yerlərdə isə qarın hündürlüyü 50-60 santimetr arası dəyişir.”

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir