Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz – Dünya Bankı

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 1,9% təşkil edəcək, 2022-ci ildə iqtisadi artım 4,5%-ə qədər artacaq.

“İNFONEWS” “İnterfaks”a istinadən bildirir ki, bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” adlı yanvar hesabatında deyilir.

2021-ci ildə Azərbaycanda iqtisadi fəallıq neftin qiyməti sabitləşdikcə artacaq. Bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına yatırılan sərmayələr və çəkilən xərclərdən faydalanacaq.

Azərbaycanla Ermənistan arasında sülh haqqında bəyanat isə öz növbəsində regionda geosiyasi gərginliyi azaldacaq.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in azalması 4% təşkil edəcək ki, bu da 2021-ci ildə iqtisadi artımla 3,4%-ə bərabər olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir