ÜST mütəxəssislərinə Çinə giriş icazəsi verilmədi

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyini öyrənmək üçün bu ölkəyə getməli olan mütəxəssislərinə lazımi icazə sənədlərini hələ də verməyib.

“İNFONEWS” Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə ÜST-ün rəhbəri Tedros Adan Qebreyesus bildirib.

Daha əvvəl ÜST-ün mətbuat xidmətindən elan olunmuşdu ki, ekspertlər qrupu Çinə yanvarda yola düşəcəklər.

“Bu gün Çin səlahiyyətlilərinin heyətin ölkəyə girməsi üçün lazımi icazə sənədlərini hələ  də vermədiyini öyrəndik. Bu qrupun iki üzvünün artıq getdiyini, qalanlarının səfərini son anda təxirə saldıqlarını nəzərə alaraq bu xəbərdən çox məyus oldum”, – deyə Qebreyesus söyləyib.

Onun sözlərinə görə, nüfuzlu Çin rəsmiləri ilə daha əvvəlki söhbətində bu missiyanın ÜST üçün əsas prioritet sayıldığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir