Xocasən gölü ətrafında yaşıl koridorun yaradılması davam edir

Xocasən gölü ətrafında yaşıl koridorun yaradılması davam edir

Ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yaz ağac əkini çərçivəsində ağacəkmə tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova “İNFONEWS”-a bildirib ki, bu gün keçirilən ağacəkmə zamanı Nazirliyin əməkdaşları tərəfindən Xocasən gölü ətrafında Abşeron yarımadasının iqliminə uyğun 1000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir