Erməni hərbi qulluqçunun anası: “44 gün aldatdılar, işıqlı nəsli məhv etdilər”
Məhv edilmiş erməni hərbi qulluqçu Cəbrayılda gedən hərbi əməliyyatlarda iştirak edib.
“O vaxt (Aprel döyüşləri vaxtı-red.) möcüzə ilə xilas olub. Mərminin qəlpəsi onunla yanacaq çəninin arasına düşmüşdü, möcüzə ilə partlamayıb. Hərbi qulluqçulardan bəziləri öldürülüb, digərləri döyüş meydanından qaçıb. Oğlanlar blokadaya düşüblər. Bütün döyüş sursatı tükənənə qədər rəqiblə vuruşublar. Gecə güllələr altındakı mövqedən birtəhər aşağı düşüblər. Sonra komandirsiz qaldıqları üçün Hadrut tərəfə keçiblər”, – deyə Husikin anası Violeta bildirib.
Husikin ölümü ilə bağlı məlumat 2021-ci il yanvarın 21-də DNT analizi ilə təsdiqlənib.
“Dörd gündən sonra qalıqlar bizə verilib. Üç ay axtarmışıq, heç bir məlumat olmayıb. İndi də ümid edirəm ki, gələcək. Reallığı qəbul edə bilmirəm. Onu tapa bilməyəndə ürəyimdə dedim ki, heç olmasa əsir düşsün. Hadrut oktyabrın 10-da süqut edib, lakin erməni silahlı qüvvələrindən 100 nəfər ayın 21-də orada mühasirədə olublar. Bizə isə deyirdilər ki, qalib gəlirik. 44 gün aldatdılar, işıqlı nəsli məhv etdilər”, – deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası bildirib.