Erməni ekspert: “Cəmiyyət Qarabağdan sonra növbəti ərazilərin Zəngəzur və digər bölgələr olacağını dərk etmir”
“Söhbət Ermənistan hakimiyyətinin Azərbaycanın maraqlarına xidmət etmək prinsipindən gedir”.
İNFONEWS xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Qarnik Davtyan deyib.
Onun sözlərinə görə, Ermənistanda yeni, azərbaycanpərəst daxili siyasi gündəm formalaşdırırlar.
“Həmin gündəmə uyğun olaraq cəmiyyətdə belə bir fikir yaradacaqlar ki, Qarabağı azərbaycanlılara verməkdən başqa çarə yoxdur”, – deyə Davtyan qeyd edib.
Erməni ekspert vurğulayıb ki, əslində müharibədən sonra erməni cəmiyyəti hələ də emosional fonu rəhbər tutur, Qarabağdan sonra növbəti ərazilərin Zəngəzur və digər bölgələr olacağını dərk etmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır