Türkiyə Qara dənizdəki minalarla bağlı tədbirlər görür

Türkiyə Qara dənizdəki minalarla bağlı tədbirlər görür

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə sürüklənən minalarla bağlı lazımi tədbirlər görür.

İNFONEWS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərdə olan Niderlandın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransında bəyan edib.

“Bu məsələ ilə bağlı ilk növbədə Milli Müdafiə Nazirliyimiz bütün lazımi tədbirləri görür. Narahat olmayın”, – deyə Türkiyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb. Artıq Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək və sürüklənən minalara qarşı diqqətli olmağı xahiş edərək NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir