Boris Consonun Kiyevə səfəri hələ planlaşdırılmayıb
Böyük Britaniyanın baş naziri Boris Consonun Ukraynaya səfəri hələ planlaşdırılmayıb, lakin o, rəsmi dəvət alacağı təqdirdə belə bir imkan araşdırılacaq.
İNFONEWS xəbər verir ki, bu barədə baş nazirin ofisindən jurnalistlərə məlumat verilib.
Qeyd olunub ki, hələ Ukrayna Prezidenti Volodimir Zelenski Boris Consonu Kiyevə rəsmi dəvət etməyib.
“Bildiyiniz kimi, baş nazir prezident Zelenski ilə demək olar ki, hər gün danışır və biz Ukraynaya dəstək baxımından son dərəcə vacib hesab etdiyimiz hər hansı sorğuya cavab vermək üçün əlimizdən gələni edirik və koordinator rolunu oynamağa davam edirik”, Baş nazirin ofisi əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır