Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyi açıqlanıb
Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur.
İNFONEWS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə silahından yalnız ölkəyə təhlükə olduqda istifadə edə bilər.
“Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, ictimaiyyət üçün açıqdır. Siz nüvə silahının istifadə oluna biləcəyinin bütün səbəblərini oradan oxuya bilərsiniz. Yəni, ölkənin mövcudluğuna təhlükə varsa, o zaman bizim konsepsiyaya uyğun istifadə oluna bilər. Bu mətndə qeyd olunan başqa səbəblər yoxdur”, – Peskov CNN telekanalına açıqlamasında bildirib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır