23 mart – Ümumdünya Meteorologiya Günü kimi qeyd edilir
“İNFONEWS” xəbər verir.
“Azərbaycanın Ümumdünya Meteorologiya Təşkilatının sıralarına qoşulması təbiidir, çünki biz özümüzü dünyanın bir hissəsi hesab edirik”
Bunu 1993-cü il 3 sentyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulması barədə qərar verərək söyləyib.
Qeyd edək ki, hər ilin 23 mart tarixi dünyada Ümumdünya Meteorologiya Təşkilatı və onun üzvü olan 188 ölkədə Ümumdünya Meteorologiya günü kimi qeyd edilir.
Bu gün hidrometeorologiya xidmətinin əsas vəzifələrindən biri hidrometeoroloji proseslərdən dəyən zərərləri minimuma endirmək üçün atmosfer və hidrosfer üzərində qlobal müşahidə sistemlərini genişləndirmək, burada baş verən hər hansı dəyişmələri proqnozlaşdırmaq və bununla da sabit iqtisadi inkişafa xidmət etməkdir.
Hazırda ölkənin hidrometeoroloji şəbəkəsi özündə 83 hidrometeoroloji və radiometeoroloji stansiya, 141 hidroloji, aviameteoroloji, dəniz, aqrometeoroloji, aeroloji müşahidə məntəqəsini birləşdirir. 13 meteoroloji stansiya qlobal və regional müşahidə sisteminə, 18 stansiya isə iqlim üzrə qlobal müşahidə sisteminə cəlb edilib.