Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.

“İNFONEWS” xəbər verir ki, bunu ölkə Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk videomüraciətində bildirib.

O, ayrı-ayrı məntəqələr üzrə toplaşma saatlarını əhalinin diqqətinə çatdırıb.

Baş nazirin müavini şəhəri tərk etmək istəyən vətəndaşların dərmanlar və digər humanitar yardımların olduğu Berdyanska gedə biləcəklərinə ümid etdiyini bildirib. O qeyd edib ki, əhalinin təxliyəsi məqsədilə 24 avtobus hazır vəziyyətdə gözləyir.

Foto: Getty İmages

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir