XİN: “Rusiyanın Ukraynaya müdaxiləsi dünyanı ərzaq böhranına sürükləyə bilər”
Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə nazirliyin tivter səhifəsində paylaşım edilib.
“Rusiyanın Ukraynaya müdaxiləsi bütün dünyanı ərzaq böhranına sürükləyə bilər. Ukrayna qlobal ərzaq təhlükəsizliyinin qarantlarından biridir. Deməli, Ukraynaya yardım həm də dünyanı aclıqdan və qıtlıqdan qoruyur”, – nazirlikdən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır