Rusiya ABŞ səfirliyinə qovulmuş amerikalı diplomatların siyahısını təqdim edib

Rusiya ABŞ səfirliyinə qovulmuş amerikalı diplomatların siyahısını təqdim edib

Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısını ABŞ səfirliyinə təqdim edib.

“İNFONEWS” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim edilib.

Fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bəyan edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza bildirib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir.

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir