“COVİD-19 Pandemiyasından Sonra Yeni Həyat” mövzusunda  maarifləndirici tədbir keçirilib

“COVİD-19 Pandemiyasından Sonra Yeni Həyat” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Azərbaycan Gənclik Platformasından “İNFONEWS”-a verilən məlumata görə, 23 mart 2022-ci il tarixində Azərbaycan Gənclik Platformasının  təşkilatçılığı ilə “COVİD-19 Pandemiyasından Sonra Yeni Həyat” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclik Platformasının Sədri Vəliyev Fariz, Cənab Prezidentin apardığı siyasətdən,ölkə rəhbərliyi tərəfindən pandemiyayanın qarşısının alınması üçün görülən işlərdən danışdı və bu sahədə digər ölkələrdən neçə seçilərək,xəstəliyə yoluxma saylarında digər ölkələrə nisbətən daha aşağı olduğunu və hal-hazırdakı vəziyyət barədə məlumat verib.

Daha sonra,tədbirdə çıxış edən  tibb işçisi Paşayeva Aytac  Covid-19-a yoluxma səbəblərindən,Covid-19-un ətrafa və insanlara necə yayılmasından,pandemiya dövründə,xüsusilədə Covid-19 virusundan qorunmaq üçün ən təsirli tədbirin vaksin olduğunu və vaksinin vacibliyindən danışdı. Həmçinin fəaliyyətdə olduqları müddətdə üzləşdiyi çətinlikləri iştirakçılarnan  bölüşdü.

Sonda isə çıxış edən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova  hal-hazırda Fransadakı vəziyyətlə bağlı,qapanmalarla bağlı danışdı.

 Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir