Putin İsrailin baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə telefon danışığı aparıb.
İNFONEWS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı İsrailin Baş naziri bir sıra xarici dövlətlərin rəhbərləri ilə əvvəlki təmaslarını nəzərə alaraq, Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələrini açıqlayıb. Bennet Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar prosesi ilə bağlı da bəzi fikirlərini bildirib.
Putin öz növbəsində danışıqların gedişi və Ukraynadakı hərbi əməliyyatla bağlı fikirlərini bölüşüb.
Danışıqların nəticələrinə əsasən, tərəflər dialoqu davam etdirmək niyyətlərini təsdiqləyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır